• Bakı 19° C

    2.12 m/s

Suriyada dəhşətli qəza - 35 nəfər öldü

DÜNYA

25 Iyul 2026 | 17:56 | Müəllif: Zeynəb Rzayeva

Suriyada dəhşətli qəza - 35 nəfər öldü

Suriyanın paytaxtı Dəməşqi ölkənin şərqində yerləşən Deyr-əz-Zor vilayəti ilə birləşdirən magistral yolda iki avtobusun toqquşması nəticəsində dəhşətli qəza baş verib.

Bakıvaxtı.az “Al-Jazeera”yə istinadən xəbər verir ki, mövcud hadisəyə görə 35 nəfər ölüb, onlarla insan yaralanıb.

Məlumata görə, qəza mülki avtobusla Daxili İşlər Nazirliyinə məxsus avtobusun toqquşması nəticəsində baş verib.

Bildirilib ki, hadisə yerində xilasetmə əməliyyatlarına Suriya hərbi helikopterləri də cəlb olunub.

Qəzanın başvermə səbəbi hələlik açıqlanmayıb.


Suriyada dəhşətli qəza - 35 nəfər öldüSuriyada dəhşətli qəza - 35 nəfər öldü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR