“Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm zəfərdən sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı tariximizin hər gününə qızıl hərflərlə yazılacaq, eləcə də ölkəmiz və bölgəmiz üçün mühüm əhəmiyyətə malik əlamədar hadisələrə imza atılır".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı bildirib.
Onun sözlərinə görə, xüsusilə də işğaldan azad olunmuş torpaqlarda gedən quruculuq işləri, Azərbaycanın və Türk dünyasının mədəniyyət mərkəzi olan tarixi Şuşada keçirilən beynəlxalq tədbirlər ölkəmizin beynəlxalq səviyyədə nüfuzunu daha da artırır. Bu keçirilən tədbirlər bir daha Qarabağın tarixən Azərbaycanın qədim, əzəli və əbədi torpağı olduğunu sübut edir.
Millət vəkili deyib ki, dünya görməlidir ki, 30 illik işğal dövründə təcavüzkar qonşumuz bu torpaqlarda ancaq vəhşilik, barbarlıq və dağıdıcılıq ediblər: “Amma bu torpaqların sahibi işğala son qoyulduqdan sonra xalqımızın siyasi iradəsini ifadə edən Prezidentimiz bölgəyə və dünyaya bəyan etdi ki, artıq tarixin yeni səhifəsi başlayır. Biz bundan sonra bu bölgədə dayanıqlı sülh və inkişaf quruculuğuna başlayırıq və məqsədimiz, məramımız budur. Azərbaycan xalqı tarixən sülhməramlı, tolerant, multikultural dəyərlərə sadiq xalq olub. Biz tarix boyu bəşər mədəniyyətinə bir çox töhfələr vermişik. Bundan sonra da belə olacaq. Bu mənada bu 270 illiyi keçiriləcək Şuşada keçirilən tədbirlər də məhz bu tarixi ənənədən və məramdan qaynaqlanır. Bir neçə gün bundan öncə ikinci dəfə keçirilən “Xarıbülbül” festivalı hələ fə dünya mediyasının səhifələrindədir”.
Deputatın dediyinə görə, bu günlərdə Bakıda, Milli Məclisin ev sahibliyi ilə ona yaxın ölkənin təmsil olunduğu İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Asambleyasının növbəti məclisinin-iclasının keçirilməsi də qeyd etdiklərimi bir daha təsdiq edir: “Hesab edirəm ki, bu tədbirin keçirilməs mühüm siyasi, iqtisadi və mədəni əhəmiyyətə malikdir. Müharibədən sonra da cənab Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, artıq bölgədə yeni reallıqlar yaranıb. Bəli, bu reallıqlardan məhz Azırbaycan xalqı və onun əvəzsiz liderinin rəhbərliyi ilə bölgə xalqlqrının hələvək rifahı naminə möhtəşöm işlər görüləcək. Tezliklə bölgədə yaranması zəruri olan yeni əməkdaşlıq platformu da 3+3 də tam gücü ilə fəaliyyətə bsşlayacaq. Əminik ki, III əsrə yaxın yaşı olan bir şəhərdə keçirilən bu cür yüksək səviyyəli tədbir Qarabağın mədəni, tarixi simasını təcəssüm etdirməklə bölgənin və bölgə xalqlarının yaddaşına əbədi həkk olunacaq”.
M.İbrahimqızı onu da bildirib ki, tezliklə dünyanın çözülməz problemlərinin həll olunması yolunda Şuşa həm də diplomatik dialoq mərkəzinə çevriləcək: “Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq münasibətləri çərçivəsində birgə yaşayır. Ölkəmizdə yaşayan bütün xalqların təmsilçiləri Vətənin ərazi bütövlüyü uğrunda çiyin-çiyinə birgə mübarizə aparmağı özləri üçün şərəf bilir. Eyni zamanda, Azərbaycan təkcə burada yaşayan xalqların mədəniyyətini, folklor nümunələrini özündə əks etdiməklə yanaşı, həm də dünya xalqların da öz mədəniyyətlərini təbliğ etmələri üçün də bir platformadır. Hesab edirəm ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin növbəti iclasının Bakıda və Şuşada keçirilməsi bölgəmizdə fitnə yaratmaq istəyənlərə, erməni revsnşistlərinə və onları dəstəkləyən qüvvələrə yetərli mesajdır. Bildiyimiz kimi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Şuşa Azərbaycanın “Mədəniyyət paytaxtı”, TÜRKSOY-un isə 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilibdir. Hesab edirəm gələcəkdə də Şuşa beynəlxalq məkan kimi siyasi, iqtisadi və mədəni əməkdaşlığın mərkəzi olacaq”.
Nuranə Daxilqızı
















