• Bakı 13° C

    17.47 m/s

  • USD - 1.7

    EUR - 1.855

    RUB - 2.0347

Tacikistan sülh sazişi üzrə danışıqların yekunlaşmasını alqışladı

DÜNYA

18 Mart 2025 | 20:19

Tacikistan sülh sazişi üzrə danışıqların yekunlaşmasını alqışladı

Tacikistan Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tacikistanın Xarici İşlər Nazirliyindən bildirilib.

"Əminik ki, bu sənədin tezliklə hüquqi cəhətdən möhkəmləndirilməsi Azərbaycan-Ermənistan münasibətlərinin tam normallaşması istiqamətində mühüm addım olacaq, Cənubi Qafqaz regionunun sabitliyinə və inkişafına töhfə verəcək", - məlumatda deyilir.

Xatırladaq ki, daha əvvəl Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri martın 13-də bəyanat yayaraq, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.


SON XƏBƏRLƏR

18 Mart 2025