“Biz dəfələrlə demişik ki, Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri ilə rusiyalı həmsədr arasında əlaqənin kəsilməsi və bunun 2022-ci ilin fevralında baş verməsi, eləcə də Ermənistan-Azərbaycan-Avropa İttifaqı-Fransa sammitindən sonra Ermənistanın Qarabağı Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi tanıması vəziyyətin münaqişə ilə bağlı köklü dəyişməsi Dağlıq Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk konfransının həmsədrlərinin ATƏT tərəfindən təsdiqlənmiş mandatı öz aktuallığını itirdi.
Bakıvaxtı.az xəbər verir ki, bunu aprelin 17-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, jurnalistin sualını belə cavablandırıb: “Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı parlamentdə çıxış edərkən Azərbaycan tərəfinin tələblərinə uyğun olaraq ATƏT-in Minsk Qrupunun buraxılmasına razı olduqlarını bildirib.
Biz bu mövzunu dəfələrlə müzakirə etmişik.
Nəticədə Minsk konfransının bütün strukturları: Minsk Qrupu, yüksək səviyyəli planlaşdırma qrupu və ATƏT-in Dağlıq Qarabağ nizamlanması üzrə hazırkı nümayəndəsinin şəxsi nümayəndəsi vəzifəsi – bunların hamısı ləğv edilməlidir”.
“Hesab edirik ki, müvafiq qərarın qəbulu üçün optimal yol Bakı və İrəvanın bu qurumların ləğvi ilə bağlı birgə bəyanatıdır.