Türkiyəli jurnalist Rasim Ozan Kütahyalı saxlanılıb.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalist CHP-yə qəyyum təyin ediləcəyi ilə bağlı sosial mediada yaydığı iddialar əsasında saxlanılıb.
Məlumata görə, onun barəsində Ankara Respublika Prokurorluğunda “xalqa səhv məlumat vermək” maddəsi ilə araşdırma başladılıb.