• Bakı 25° C

    4.14 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

“Taliban” hökumət başçısının ilk rəsmi fotosunu dərc edib – FOTO

DÜNYA

13 Sentyabr 2021 | 22:42 | Müəllif: Subhan Mahmudov

“Taliban” hökumət başçısının ilk rəsmi fotosunu dərc edib – FOTO

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” ölkənin müvəqqəti hökumətinin rəhbəri olan molla Məhəmməd Həsən Axundun ilk rəsmi şəklini yayımlayıb.

Bakıvaxtı.az xəbər verir ki, foto hərəkatın Qətər ofisinin mətbuat katibi Məhəmməd Nəimin “Twitter” səhifəsində dərc olunub.

Paylaşımda “Cənab molla Məhəmməd Həsən Axund, Əfqanıstan İslam Əmirliyinin baş naziri prezident sarayında”, - qeyd edilib.

Xatırladaq ki, bugünədək dünya KİV-də yalnız onun köhnə fotolarından istifadə edilib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026