• Bakı 15° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Tanınmış məşqçinin oğlu vəfat etdi

CƏMİYYƏT

15 May 2021 | 13:34

Tanınmış məşqçinin oğlu vəfat etdi

Tanınmış məşqçi Nadir Qasımova ağır itki üz verib. Mütəxəssisin oğlu Ələsgər Qasımov 42 yaşında dünyasını dəyişib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib. 

O bildirib ki, Ə. Qasımov uzun müddətdir ağciyərlərində olan xəstəlikdən əziyyət çəkirmiş. 

Qeyd edək ki, Nadir Qasımov “Muğan”, MKT Araz klublarında çalışıb. 72 yaşlı çalışdırıcı 2004/2005-ci illərdə Azərbaycan yığma komandasında Karlos Alberto Torresin köməkçisi olub. Daha sonra o, birinci divizionda “Şuşa Qarabağ” klubunu çalışdırıb.

Nadir Qasımov özü də bu yaxınlarda koronavirusa yoluxmuşdu və o, xəstəlikdən sağalmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026