• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda çirkab suları Kürdəxanı çimərliyinə axıdılır - VİDEO

CƏMİYYƏT

14 Iyun 2021 | 13:32

Bakıda çirkab suları Kürdəxanı çimərliyinə axıdılır - VİDEO

Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində çirkab suları dənizə axıdılır.

Bakıvaxtı.az xəbər verir ki, bir neçə qəsəbənin çirkab suları təmizlənmədən iri boru vasitəsilə Xəzər dənizinə axıdılır.

Sözügedən ərazidə çimərliklər fəaliyyət göstərir.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Bakıvaxtı.az-a bildirib ki, həmin ərazidə cəmiyyətin heç bir infrastrukturu mövcud deyil: "Gələcək layihələrimizdə “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu”nun gətirici kanalizasiya kollektorlarının tikintisi nəzərdə tutulur ki, bununla da Xəzərə axıdılan bu sular həmin qurğuya yönləndirilərək təmizlənəcək".

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, məsələ araşdırılır.  

Həmin görüntüləri təqdim edirik:  

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026