• Bakı 23° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Tanınmış yazıçı vəfat etdi - FOTO

DÜNYA

03 Sentyabr 2024 | 15:46

Tanınmış yazıçı vəfat etdi - FOTO

Tanınmış ingilis yazıçısı və dublyaj aktyoru Brian Trueman vəfat edib.

Bakıvaxtı.az “BBC“-ə istinadən xəbər verir ki, bu barədə yazıçının oğlu Jonathan Trueman öz “Facebook” hesabında paylaşım edib.

    Paylaşımda B.Truemanın qısa müddət ərzində sağlamlığında yaranan problem səbəbilə xəstəxanaya yerləşdirildiyi bildirilib. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

    Qeyd edək ki, Trueman 1932-ci il mayın 16-da Mançesterdə anadan olub. O, “Cosgrove Hall” animasiya studiyası sayəsində məşhurlaşıb. O, əsasən, 1970 və 1980-ci illər ərzində uşaq cizgi seriallarının ssenarisini yazıb və özü də səsləndirib. Brian Trueman, eyni zamanda, məşhur “Danger Mouse” (“Təhlükəli siçan”) cizgi filminin müəllifi idi.


    SON XƏBƏRLƏR

    14 Sentyabr 2024