• Bakı 20° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Ukraynada son 24 saat: 2 nəfər ölüb, yaralananlar var

DÜNYA

03 Oktyabr 2024 | 15:08

Ukraynada son 24 saat: 2 nəfər ölüb, yaralananlar var

Ukrayna rəsmiləri son 24 saat ərzində Rusiya ordusunun ölkənin müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 2 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Xerson Əyalət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin verdiyi açıqlamada Rusiyanın bölgədə son sutkada həyata keçirdiyi hücumlarda 2 nəfərin öldüyünü, 8 nəfərin yaralandığını bildirib.

Xarkov Vilayət Prokurorluğundan verilən açıqlamada Rusiya ordusunun son 24 saatda yaşayış məntəqələrinə hücumlar təşkil etdiyi qeyd edilib və bu hücumlarda biri uşaq olmaqla 12 nəfərin yaralandığı vurğulanıb.

Açıqlamada son 24 saatda Rusiya və Ukrayna orduları arasında 142 toqquşma olduğu, ən qızğın toqquşmaların Pokrovsk və Kuraxovsk istiqamətində yaşandığı, Ukrayna ordusunun Pokrovskda 30 rus hücumunu dəf etdiyi bildirilib. 

Əli Hüseynov


SON XƏBƏRLƏR

14 Sentyabr 2025