İndoneziya əhalinin sıx məskunlaşdığı Yava adasında Merapi vulkanının püskürməsindən sonra xəbərdarlıq səviyyəsini 3-ə qaldırıb.
Bakıvaxtı.az xəbər verir kİ, "Jakarta Globe"-un məlumatına görə, ölkənin ən aktiv vulkanı olan Merapi yenidən aktivləşib.
Tez-tez aktiv olan vulkan ətrafdakılar üçün yüksək risk yaratdığına görə bölgədə həyəcan səviyyəsi 3-ə qaldırılıb.
Səlahiyyətlilər sakinlərə çay dərələrindən və lava axınının yayıla biləcəyi məhdud ərazilərdən uzaq durmağı tövsiyə edib.
Merapi vulkanının sonuncu böyük püskürməsi 2010-cu ildə 347 nəfərin ölümünə və 20 min insanın təxliyəsinə səbəb olub.
Əli Hüseynov