• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Tayvan sahillərinə yaxınlaşan Çin təyyarələri və gəmilərini aşkarladı

DÜNYA

03 Yanvar 2025 | 09:03

Tayvan sahillərinə yaxınlaşan Çin təyyarələri və gəmilərini aşkarladı

Tayvanın silahlı qüvvələri Çin Xalq Azadlıq Ordusunun adaya yaxınlaşan 24 təyyarəsi və 7 gəmisini qeydə alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tayvanın hərbi idarəsi “X”də bildirib.

"Yerli vaxtla saat 06:00-a qədər Tayvan ətrafında Çin Hərbi Dəniz Qüvvələrinin 24 təyyarəsi və 7 gəmisi aşkar edilib", - məlumatda deyilir.

Qeyd edilir ki, onlardan 18-i orta xətti keçərək Tayvanın şimal, cənub-qərb və şərq hava hücumundan müdafiə zonalarına daxil olub. "Biz vəziyyəti izlədik və buna uyğun reaksiya verdik", - məlumatda qeyd olunur.


SON XƏBƏRLƏR

18 Aprel 2025