• Bakı 16° C

    13.4 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

TDT ölkələrinin ekologiya nazirlərinin ilk iclası Bakıda keçiriləcək

CƏMİYYƏT

17 Oktyabr 2024 | 14:40

TDT ölkələrinin ekologiya nazirlərinin ilk iclası Bakıda keçiriləcək

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ekologiya nazirlərinin ilk iclası keçiriləcək.

Bakıvaxtı.az bu barədə qurumun mətbuat xidmətinə istinadən xəbər verir.

Görüş noyabrın 20-də baş tutacaq və COP29 qlobal iqlim konfransı zamanı olacaq.

Bu iclasın türk dövlətləri arasında ekoloji əməkdaşlığın gücləndirilməsi üçün mühüm platformaya çevriləcəyi gözlənilir. Bu da TDT-nin ətraf mühitin qorunması və “yaşıl iqtisadiyyat”ın inkişafı ilə bağlı məqsədlərinə nail olunmasına töhfə verəcək.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) 2024-cü il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.


SON XƏBƏRLƏR

17 Oktyabr 2024