• Bakı 18° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Təminat Fondunun vəsaiti ilə ötən il 300 milyon manatlıq öhdəlik icra edilib

İQTİSADİYYAT

27 May 2025 | 10:43

Təminat Fondunun vəsaiti ilə ötən il 300 milyon manatlıq öhdəlik icra edilib

2024-cü ildə Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına 299,2 milyon manatlıq öhdəlik icra olunub.

Bakıvaxtı.az bu barədə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Məlumata görə, bunun, 149,5 milyon manatı “Azərbaycan Dəmir Yolları” QSC-nin, 94,2 milyon manatı “Azərenerji” ASC-nin, 52,4 milyon manatı “Azərişıq” ASC-nin, 3,1 milyon manatı isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin öhdəlikləri olub.

Bundan başqa, koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrası olaraq müvəkkil bankların dövlət zəmanəti ilə ayırdığı kreditlər üzrə əsas borc öhdəliyi vaxtında yerinə yetirilmədiyindən həmin məqsəd üçün Təminat Fondundan banklara 0,2 milyon manat vəsait ödənilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026