• Bakı 24° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

“Tərtər” bazarında yoxlama oldu, nöqsanlar üzə çıxdı - FOTOLAR

CƏMİYYƏT

09 Iyun 2026 | 12:40

“Tərtər” bazarında yoxlama oldu, nöqsanlar üzə çıxdı - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Tərtər rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən “Zülfüqaroğlu” MMC-yə məxsus “Tərtər” bazarında yoxlama keçiriblər.

Bu barədə Bakıvaxtı.az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, bazarda süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı, etiket məlumatları olmayan məhsulların satışa çıxarıldığı məlum olub. Həmçinin məhsulların saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi, digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyun 2026