• Bakı 15° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Tərtərdə iki nəfər minaya düşdü - YENİLƏNİB

HADİSƏ

01 Oktyabr 2022 | 13:17

Tərtərdə iki nəfər minaya düşdü - YENİLƏNİB

Oktyabrın 1-i Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarovun minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a Tərtər Rayon Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, aparılmış araşdırmalarla rayonun Qızıl ba kəndində olarkən qeyd olunan şəxslərin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

 

13:01

Oktyabrın 1-də Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən “Üçüncü Sovxoz” adlı təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib.

Bu barədə Bakıvaxtı.az-a  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Hadisə nəticəsində 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfail Köçəri oğlu xəsarət alıb. Hər iki xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. İlkin məlumata əsasən ayaqları amputasiya edilib.

Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

 

12:12

Daxili İşlər Nazirliyi (DİN) bu gün Tərtərdə baş verən partlayışla bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, bu gün saat 11:30 radələrində Tərtər rayonunun Səhləbad kənd sakinləri Nicat Cabbarov və Rəfael Bayramovun kənd ərazisində tapdıqları partlamamış hərbi sursatla ehtiyatsız davranmaları nəticəsində həmin sursat partılayıb:

“Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Polis əməkdaşlarının köməyi ilə onlar dərhal xəstəxanaya çatdırılıb. Hər iki şəxsin bir ayağı amputasiya olunub. Araşdırma aparılır.

Bir daha vətəndaşlarımızı hərbi xarakterli silah-sursatla rastlaşdıqları təqdirdə ona toxunmadan dərhal aidiyaəti qurumlara məlumat vermələrini xahiş edirik”.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yuxarıda qeyd olunan sursatlar Vətən Müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Tərtər istiqamətində atılan mərmilərdən biri olub.

 

12:02

Tərtərdə iki nəfər rayon sakini – 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfayıl Köçəri oğlu Səhləbad minaya düşüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Üçüncü sovxoz adlanan ərazisində baş verib.


Yaralılar xəstəxanaya yerləşdirilib.

Yaralıların ayaqlarının amputasiya edildiyi bildirilir. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026