• Bakı 20° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Avtomobil iki piyadanı vurdu

HADİSƏ

31 Oktyabr 2022 | 09:50

Avtomobil iki piyadanı vurdu

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki,  şəhər ərazisində "VAZ 2106" markalı avtomobil yolu keçmək istəyən piyada, 2012-ci il təvəllüdlü H. Məmmədovu vurub, nəticədə, piyada beyin qanaxması və kəllə sümüyünün sınaqları ilə xəstəxanaya yerləşdirilib.

Digər piyadanın vurulma hadisəsi isə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb. Belə ki, “VAZ 2107” markalı avtomobil idarəetməni itirərək səkiyə çıxıb və nəticədə səkidə olan 1956-cı il təvəllüdlü Şahismayıl Xeybərovu vuraraq müxtəlif bədən xəsarətləri yetirib.

Hər iki piyadanın vəziyyəti orta ağırdır. Faktlarla bağlı araşdırma aparılır. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026