• Bakı 16° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Səbaildə baş verən yanğın söndürülüb: 3 nəfər... - VİDEO

HADİSƏ

30 Noyabr 2022 | 08:57

Səbaildə baş verən yanğın söndürülüb: 3 nəfər... - VİDEO

Xəbər verildiyi kimi, ötən gün saat 17:00 radələrində Səbail rayonu, Salyan şossesinin 12-ci kilometrliyində yanğın olub.

FHN-dən Bakıvaxtı.az-a bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə yanğın baş verməsi və bir neçə vətəndaşın təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının Xəzər dənizi sahilinə yaxın ərazidə doğranmaqda olan qurğuda baş verdiyi və həmin qurğuda olan 3 nəfər vətəndaşın həyatının təhlükədə olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb.

Eyni zamanda, dalğıc-xilasedicilərin operativ müdaxiləsi sayəsində qurğuda təhlükəli vəziyyətdə qalmış 1992-ci il təvəllüdlü İsmayılov Xəyal Natiq oğlu, 1986-cı il təvəllüdlü İbrahimov Elşən Allahverdi oğlu və 1978-ci il təvəllüdlü Həmidov Murad İkram oğlu xilas olunaraq sahilə çıxarılıb.


SON XƏBƏRLƏR

23 Aprel 2024