• Bakı 17° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

“Kubinka”da baş verən yanğın tam söndürülüb - YENİLƏNİB + VİDEO

HADİSƏ

29 Noyabr 2022 | 23:10

“Kubinka”da baş verən yanğın tam söndürülüb - YENİLƏNİB + VİDEO

Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb. 

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

***23:05

Bakıda fərdi evdə yanğın məhdudlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd edilib ki, “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. 

Həyata keçirilmiş tədbirlər sayəsində yanğın genişlənməsinin qarşısı alınaraq qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

***22:53

Bakının “Kubinka” adlanan məhəlləsində güclü yanğın başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, yanğınla bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Qeyd edək ki, yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Həmin görüntüləri təqdim edirik:


SON XƏBƏRLƏR

19 Aprel 2024