Tərtər rayonunda ev yanıb.
Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki. hadisə Ağkənd kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 160 m² olan (hər mərtəbəsi 80 m²) ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















