• Bakı 23° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Tərtərdə pirotexniki məmulatlar satan şəxs aşkarlandı

HADİSƏ

31 Dekabr 2021 | 09:49

Tərtərdə pirotexniki məmulatlar satan şəxs aşkarlandı

Əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışının qarşısının alınması istiqamətində qabaqlayıcı-profilaktik tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdiyi profilaktik tədbirlər zamanı rayon sakini Ş.Məmmədlinin yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki məmulatların satışı ilə məşğul olduğu müəyyən edilib.

Faktla bağlı Ş.Məmmədli barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026