Pakistanda tibb işçilərinin məzuniyyətləri ləğv edilib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Bununla bağlı ölkənin Səhiyyə nazirliyi qərar verib Qərarda bildirilir ki, Hindistanla müharibə olacağı təqdirdə Pakistanın bütün tibb işçilərinin məzuniyyəti ləğv ediləcək.
Səhiyyə naziri Mustafa Kamal bildirib ki, bütün həkimlər və tibb bacıları təcili olaraq öz vəzifələrinə başlamalıdırlar.
Ölkənin bütün xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirilib
Elşən Məmmədzadə
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakıvaxtı.az