• Bakı 25° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

Tibb Rəqəmsal Əkiz Sistemi ilə bağlı - Vacib xəbər

CƏMİYYƏT

10 Iyun 2026 | 15:18

Tibb Rəqəmsal Əkiz Sistemi ilə bağlı - Vacib xəbər

Tibb Rəqəmsal Əkiz Sistemi çərçivəsində vətəndaşların şəxsi sağlamlıq məlumatlarının qorunması üçün yüksək səviyyəli kibertəhlükəsizlik tədbirləri tətbiq olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.

Onun sözlərinə görə, rəqəmsallaşma prosesləri artdıqca məlumatların qorunması da daha aktual və vacib məsələyə çevrilir. Bu baxımdan Tibb Rəqəmsal Əkiz Sistemi çərçivəsində təhlükəsizlik ən əsas prioritetlərdən biri kimi müəyyən edilib.

Mütəxəssis bildirib ki, sistemdə elektron identifikasiya mexanizmləri tətbiq olunacaq və məlumatların təhlükəsiz şəkildə idarə edilməsi təmin ediləcək.

Onun sözlərinə görə, məlumatların ötürülməsi və saxlanılması zamanı beynəlxalq standartlar və müasir kibertəhlükəsizlik tələbləri əsas götürüləcək. Bu isə pasiyent məlumatlarının icazəsiz girişlərdən qorunmasına xidmət edəcək.

Sevinc Məhərrəmova vurğulayıb ki, tətbiq olunan təhlükəsizlik tədbirləri vətəndaşların şəxsi məlumatlarının məxfiliyini təmin etməyə və sistemin etibarlılığını artırmağa yönəlib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR