• Bakı C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.7536

    RUB - 1.5373

Etiraz aksiyalarında iştirak edən əcnəbilər Gürcüstandan deportasiya edildi

DÜNYA

04 Yanvar 2025 | 15:19

Etiraz aksiyalarında iştirak edən əcnəbilər Gürcüstandan deportasiya edildi

Gürcüstan Miqrasiya Departamenti 2024-cü ilin noyabr-dekabr aylarında paytaxt Tiflisdə hakimiyyətin siyasətinə qarşı etiraz aksiyalarında iştirak edən 25 əcnəbi vətəndaşı ölkədən deportasiya edib.

Bakıvaxtı.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumdan verilən məlumata görə, deportasiya proseduru çərçivəsində ölkədən çıxarılan əcnəbi vətəndaşların bir qismi Gürcüstanı könüllü tərk edib, bəziləri isə məcburi şəkildə ölkədən çıxarılıb.

DİN-in məlumatına görə, 2024-cü ildə Gürcüstandan 430 əcnəbi vətəndaş deportasiya edilib.


SON XƏBƏRLƏR