• Bakı 15° C

    13.64 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

TikTok-u qadağan edən qanun layihəsini qəbul olundu

DÜNYA

24 Aprel 2024 | 12:53

TikTok-u qadağan edən qanun layihəsini qəbul olundu

ABŞ Senatı TikTok-un Amerikada qadağan edilməsinə səbəb ola biləcək mübahisəli qanun layihəsini təsdiqləyib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, TikTok-un Çin sahibi olan ByteDance-ə səhmlərini satmaq üçün doqquz ay vaxt verilib, əks halda proqram ABŞ-da bloklanacaq.

Qanun layihəsi ABŞ prezidenti Co Baydenə veriləcək. Bayden masasına çatan kimi sənədi imzalayacağını bildirib.

ByteDance BBC-yə buna dərhal reaksiya vermədiyini deyib. Xatırladaq ki, şirkət daha əvvəl TikTok-u satmağa məcbur edəcək istənilən cəhdə qarşı çıxacağını bildirmişdi.

ABŞ ByteDance-i TikTok-u satmağa məcbur etməyə müvəffəq olsa belə razılaşma üçün Çin rəsmilərinin təsdiqinə ehtiyac duyalacaq, lakin Pekin buna qarşı çıxacağını vəd edib.

Təhlilçilər prosesin illər çəkə biləcəyini deyirlər. Layihə Ukrayna, İsrail, Tayvan və Hind-Sakit okean regionunda ABŞ-ın digər tərəfdaşlarına hərbi yardımı əhatə edən dörd qanun layihəsi paketinin bir hissəsi kimi qəbul edilib. Layihə deputatlardan geniş dəstək alıb. 79 senator lehinə, 18 senator isə əleyhinə səs verib.

Milyonlarla amerikalı haqqında məlumatların Çinin əlinə keçə biləcəyi ilə bağlı qorxular Konqresin Pekində yerləşən şirkətdən TikTok-u ayırmaq cəhdlərinə səbəb olub.

Ötən həftə sosial media şirkəti qanun layihəsinin “170 milyon amerikalının söz azadlığı hüquqlarını pozacağını, 7 milyon müəssisəni məhv edəcəyini və ABŞ iqtisadiyyatına ildə 24 milyard dollar töhfə verən platformanı bağlayacağını” bildirib.

Ay Tac


SON XƏBƏRLƏR

05 May 2024