• Bakı C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

"Titanik" və "Avatar"ın rejissoru Trampa görə ABŞ-ı tərk etdi

ŞOU

01 Mart 2025 | 22:29

Titanik və Avatarın rejissoru Trampa görə ABŞ-ı tərk etdi

Məşhur "Titanik" və "Avatar" filmlərinin rejissoru Ceyms Kemeron ABŞ-ı tərk edib. 

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, o, bu qərarını Donald Trampın prezident seçilməsindən sonra ölkədə baş verən siyasi dəyişikliklərlə əlaqələndirib. 

Kemeron bildirib ki, Trampın seçilməsi ilə ölkədə vəziyyət kəskin şəkildə dəyişib və Amerika "layiq olduğu hər şeydən üz döndərib". O, bu vəziyyətdən dərin narahatlıq keçirdiyini ifadə edib.

Rejissor hazırda Yeni Zelandiyada yaşayır və orada hər gün Tramp haqqında xəbərləri oxumaq məcburiyyətində olmadığını qeyd edib. O, Yeni Zelandiyanı öz vətəni Kanada ilə müqayisə edərək, hər iki ölkənin oxşar dəyərlərə sahib olduğunu və bu mühitin uşaqları üçün daha uyğun olduğunu vurğulayıb.

Ceyms Kemeron kino tarixinin ən uğurlu rejissorlarından biri hesab olunur. Onun "Titanik" və "Avatar" filmləri dünya üzrə ən çox gəlir gətirən filmlər sırasındadır. O, həmçinin "Terminator", "Yadplanetlilər" və "Dərinlik" kimi məşhur filmlərin müəllifidir.

Qeyd edək ki, yaxın zamanda məşhur aktyor Riçard Gir də ABŞ-ı tərk edərək İspaniyaya köçüb. O, Trampın prezident seçilməsi halında ölkəni tərk edəcəyini əvvəlcədən bildirmişdi. /lent.az


SON XƏBƏRLƏR

02 Mart 2025
01 Mart 2025