• Bakı 20° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Tofiq Zülfüqarovdan nazirlərin Vaşinqton görüşünə REAKSİYA: "Bu görüşü Azərbaycanın uğuru..."

CƏMİYYƏT

05 May 2023 | 17:34

Tofiq Zülfüqarovdan nazirlərin Vaşinqton görüşünə REAKSİYA: "Bu görüşü Azərbaycanın uğuru..."

“Azərbaycanın uduşu ondan ibarətdir ki, problemi kim tərəfindən yaradılıdığını açıq şəkildə ifadə edib. Ermənistan isə həmişə olduğu kimi işğalçılıq siyasətini sadiq qaldığını göstərməklə özünü növbəti dəfə ifşa etmiş olur”. 

Bunu Bakıvaxtı.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında 3 gün davam edən görüşü şərh edərkən bildirib.

O qeyd edib ki, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi və Rusiyanın təsiri altında olması regionda sülhə mane olur: “ABŞ Dövlət katibi Antoni Blinkent milli azlıqların hüquqları və təhlükəsizliyi barəsində məsələlərə gələcəkdə baxıla bilər. Bu bəyanat bizə sərf edir. Əgər Ermənistan Qarabağda yaşayan ermənilərlə bağlı məsələ qaldırsa, eyni mövqeyi Zəngəzur azərbaycanlıları ilə bağlı da qaldırmaq lazımdır. Yəni hər şey qarşılıqlı olacaq. Beləliklə, Vaşinqton görüşünü Azərbaycanın uğuru saymaq olar.   

Paşinyan hələ də Moskvanın təsiri altındadır. Qərb isə Paşinyandan Moskvadan uzaqlaşmağı tələb edir”.

İbRa 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR