• Bakı 18° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Tokio-2020: İki güləşçimiz məğlub oldu

İDMAN

02 Avqust 2021 | 09:44 | Müəllif: Subhan Mahmudov

Tokio-2020: İki güləşçimiz məğlub oldu

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Bakıvaxtı.az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Akjol Mahmudovla (Qırğızıstan) üz-üzə gəlib.

Hüseynov rəqibinə 1:9 hesabı ilə uduzub. Mahmudov finala yüksəlsə, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.

Azərbaycanın qadın güləşçisi Elis Manolova da Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. 68 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində nigeriyalı Blessinq Oborududu ilə üz-üzə gəlib.

Manolova rəqibinə 13:2 hesabı ilə uduzub. Oborududu finala çıxacağı təqdirdə Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR