• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan parataekvondoçusunda koronavirus aşkarlandı

İDMAN

31 Avqust 2021 | 12:55

Azərbaycan parataekvondoçusunda koronavirus aşkarlandı

Azərbaycan paralimpiya yığması daha bir itki ilə üzləşib.

Bakıvaxtı.az-ın məlumatına görə, parataekvondoçu Aynur Məmmədova yarışdan kənarlaşdırılıb.

Buna səbəb +58 kq çəkidə çıxış edən paralimpiyaçımızın koronavirusa yoluxmasıdır. İki dəfə test verən Aynurun nəticələri müsbət çıxıb.

Onun yoluxması yığmamıza təsir etməyib. Digər idmançılarımız karantinə alınmayaraq yarışa hazırlığı davam etdirir.

Qeyd edək ki, daha öncə paracüdoçu Ramil Qasımov (73 kq) da koronavirusa yoluxduğu üçün mübarizəyə qatılmamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026