"Roma" futbolçusu Lorenso Pelleqrini ilə müqaviləsini yeniləməyə hazırlaşır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şkira məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə 5 illik yeni sözləşmə imzalanacaq. Oyunçu klubda illik 4 milyon avro qazanacaq.
Qeyd edək ki, Pelleqrini bu mövsüm 8 matçda 6 qol vurub və 2 qolun ötürməsini verib.
















