• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycan paralimpiadada ilk gümüş medalını qazanıb - Tokio-2020

İDMAN

31 Avqust 2021 | 15:27

Azərbaycan paralimpiadada ilk gümüş medalını qazanıb - Tokio-2020

Azərbaycanın para-atleti Lamiyə Vəliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında 15-ci medalını qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, o, 100 metr məsafəyə qaçışda gümüş medala sahib olub.

Vəliyeva məsafəni 11,99 saniyəyə qət edib. Bu, Azərbaycanın paralimpiadada qazandığı ilk gümüş medaldır.

Digər para-atletlərdən Yuliya Yanovskaya 12,30 saniyə ilə 4-cü, Yelena Çebanu isə 12,41 saniyə ilə 7-ci yeri tutub.

Qeyd edək ki, Azərbaycan komandası indiyədək 10 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026