• Bakı 22° C

    3.9 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Toralın qolu həftənin ən yaxşısı seçildi

İDMAN

08 Noyabr 2024 | 17:02

Toralın qolu həftənin ən yaxşısı seçildi

"Qarabağ"ın futbolçusu Toral Bayramovun Norveçdə "Budyo Qlimt"ə vurduğu qol Avropa Liqasında həftənin ən yaxşısı seçilib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında bildirilib.

Cinah oyunçusunun dəqiq zərbəsi azarkeşlərin səsverməsindən sonra birinci olub.

Liqa mərhələsinin IV turunun ən yaxşı qol müəllifi adına digər namizədlər Almaniyanın "Ayntraxt" (Frankfur) klubundan Omar Marmuş, Bolqarıstan təmsilçisi "Ludoqorets"dən Erik Markus və Türkiyənin "Qalatasaray" kollektivindən Yunus Akgün idi.

Qeyd edək ki, "Qarabağ" Norveçdə rəqibini 2:1 hesabı ilə üstələyib.


SON XƏBƏRLƏR

07 Iyun 2025