• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Levandovski Messinin rekordunu təkrarladı

İDMAN

08 Dekabr 2024 | 13:44

Levandovski Messinin rekordunu təkrarladı

“Barselona”nın hücumçusu Robert Levandovski La Liqada qollarını sıralamaqdadır.

Bakıvaxtı.az xəbər verir ki, polşalı forvard 17-ci turda ötən gecə “Betis”lə keçirilən oyunda (2:2) növbəti dəfə rəqib qapısına yol taparaq mövsümdəki qol sayını 16-a çatdırıb. 36 yaşlı futbolçunun La Liqada bu mövsüm oyun sayı da 16-dır.

Bununla da Levandovski  Lionel Messiyə aid olan rekordu təkrarlayıb. “Barselona”nın keçmiş hücumçusu da 2018-2019 mövsümündə mövsümün ilk 16 oyununda 16 qol vurmağı bacarmışdı. 

Qeyd edək ki, Levandovski bu mövsüm bütün turnirlərdə 21 oyuna 23 qol vurub, 2 qol ötürməsi edib.


SON XƏBƏRLƏR

18 Aprel 2025