• Bakı C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.7666

    RUB - 1.5962

“Bavariya” Noyeri daha bir mövsüm saxlamaq niyyətindədir

İDMAN

07 Yanvar 2025 | 09:07

“Bavariya” Noyeri daha bir mövsüm saxlamaq niyyətindədir

Almaniyanın “Bavariya” klubu qapıçısı və kapitanı Manuel Noyerlə müqavilənin müddətinin uzadılması üzrə danışıqlara başlamağa hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkədə bildirib.

Mənbənin məlumatına görə, müqavilə 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Futbolçunun hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonunadək qüvvədədir.

Dekabrın 3-də Noyer Almaniya Kubokunun 1/8 final mərhələsində “Bayer 04”ə qarşı (0:1) matçda qabırğası sınıb. Bir ay sonra o, komanda ilə məşqlərə qayıdıb.

38 yaşlı Noyer cari mövsümdə münxenlilərin heyətində bütün turnirlərdə 19 matç keçirib, onlardan 12-sində qapısını toxunulmaz saxlayıb. Qapıçı 2011-ci ildən “Bavariya”da çıxış edir. Komanda ilə birlikdə o, 11 dəfə Almaniya çempionu, 5 dəfə Almaniya Kuboku sahibi və 2 dəfə Çempionlar Liqasının qalibi olub.


SON XƏBƏRLƏR

07 Yanvar 2025