"Neftçi"dən ayrılan Mark Tamaşın yeni klubu müəyyənləşib.
Bakıvaxtı.az "Golazo.ro" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu Rumıniya təmsilçisi "Sepsi"yə keçib.
Macarıstanlı müdafiəçi komandanın Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışına qoşulub.
Qeyd edək ki, "Neftçi" yanvarın 4-də Mark Tamaşla müqaviləni qarşılıq razılıq əsasında ləğv etdiyini açıqlayıb. 2023-cü ilin iyulundan "ağ-qaralar"da çıxış edən müdafiəçi 2022/2023 mövsümündə də "Sepsi"nin uğurları üçün çalışıb. O, Bakı klubuna məhz bu komandadan keçmişdi.