• Bakı 24° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Toya gedən şəxs avtomobil qaçırdı - FOTO

HADİSƏ

19 Aprel 2022 | 11:22

Toya gedən şəxs avtomobil qaçırdı - FOTO

Gəncədə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən xəbərə görə, Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin və Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus “VAZ” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini Fikrət Aydınov saxlanılıb. Araşdırmalar zamanı şübhəli şəxsin qonaq gəldiyi toyda spirtli içki qəbul etdiyi daha sonra Tovuz rayonuna qayıdarkən avtomobil qaçırdığı məlum olub. F. Aydınov Şəmkir rayonunda saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 


Toya gedən şəxs avtomobil qaçırdı - FOTOToya gedən şəxs avtomobil qaçırdı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026