ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə başladığı ilk gündə 100-ə yaxın sərəncam imzalamaq niyyətində olduğunu açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Tramp bu addımları ilə əvvəlki administrasiyanın bəzi qərarlarını ləğv etməyi planlaşdırır.
“Vəzifəyə gəldikdən sonra bir neçə saat ərzində onlarla fərman imzalayacağam, onların sayı yüzə yaxın olacaq,” – deyə Tramp bildirib. O qeyd edib ki, bu sənədlər əsasən Co Bayden administrasiyası dövründə görülən işləri ləğv etmək məqsədi daşıyacaq.
Xatırladaq ki, Donald Trampın andiçmə mərasimi bu gün - yanvarın 20-də günorta saatlarında keçiriləcək.