ABŞ Prezidenti Donald Tramp Kanadanın Amerika avtomobillərinə, süd məhsullarına və spirtli içkilərə qarşı "qeyri-bərabər münasibəti" adlandırdığı fikirə cavab olaraq geniş çeşiddə Kanada mallarına 50% tarif tətbiq eib.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu, Ağ Ev tərəfindən dərc edilmiş müvafiq icra sərəncamlarında bildirilib.
Sərəncama əsasən, rüsumlar şərab və xokkey çubuqları kimi gündəlik istifadə əşyalarından tutmuş sement kimi sənaye məhsullarına qədər geniş çeşiddə mallara şamil edilib.
Ağ Ev həmçinin tariflərin Amerika bizneslərini qorumaq üçün zəruri olduğunu bildirib.
Rüsumlar enerji məhsulları, kalium gübrələri, əsas minerallar və balıq kimi bir sıra vacib ixrac məhsullarına şamil edilməyəcək.
Gülşən Şərif
Bakı 



