ABŞ prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Şiqeru İşiba arasında görüşün hazırlığın son mərhələsi davam edir.
Bakıvaxtı.az Yaponiyanın "Asahi" qəzetinə istinadən xəbər verir ki, görüşün fevralın 7-də Vaşinqtonda keçirilməsi planlaşdırılır.
Nəşrin məlumatına görə, ABŞ prezidenti və Yaponiyanın baş naziri təhlükəsizlik və iqtisadiyyat sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edəcəklər.
Bundan əlavə, İşibanın Trampla şəxsi münasibət qurmaq və Yaponiya-Amerika müttəfiqliyini daha da dərinləşdirmək barədə razılığa gəlmək istədiyi qeyd edilib.
Gülşən Şərif