• Bakı 23° C

    2.67 m/s

“Trendyol”un son qərarı karqo şirkətlərinə necə təsir göstərəcək? - AÇIQLAMA

CƏMİYYƏT

10 May 2023 | 15:04 | Müəllif: Qalib İbrahimoğlu

“Trendyol”un son qərarı karqo şirkətlərinə necə təsir göstərəcək? - AÇIQLAMA

Bir neçə gündür müzakirə olunan məsələlərdən biri də “Trendyol” sifarişlərinin Azərbaycan ünvanında ala biləklə bağlı yayılan xəbərlərdir.  Belə ki, artıq “Trendyol”dan məhsulun karqo şirkətlərindən əlavə, özünüz də sifariş edə biləcəksiniz.

Bəs bu qərarın hansı müsbət və mənfi təsirləri olacaq?

Koreyada yaşayan PR və Marketinq Kommunikasiyaları üzrə konsultant Samir Əfətli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, “Trendyol” Azərbaycandakı müəyyən karqo şirkətləri vasitəsilə məhsulunu çatdırılır: “Ancaq “Trendyol”un öz deposunda olan malları Azərbaycana gətirmək olur. Bu dəqiqə bütün məhsulları Azərbaycana göndərmək olmur. Xoşunuza gələn bir mal varsa, məcbursunuz ki, onu başqa karqo şirkəti ilə Türkiyədən gətizdirəsiniz”.

Onun sözlərinə görə,  “Trendyol” 60% öz məhsullarını, 40% isə digər brendlərin mallarını satır.

Müsahibimiz deyib ki. hələ kampaniya olduğundan, “Trendyol” mallarını Azərbaycana gətirmək sərfəlidir: “Bunun nə vaxta qədər olacağını bilmirəm, amma  indiki şərtdə birbaşa Azərbaycana sifariş etmək daha sərfəlidir”.

S.Əfətli qeyd edib ki, bu qərarın karqo şirkətlərinə təsiri olacaq: “Bu, indi test variantıdır, bazarın nəbzini yoxlayırlar. Bazarda sadəcə 4-5 şirkət qalacaq. Digərlərinə tələbat olmayacağı üçün özləri bağlanıb gedəcəklər”.

Qeyd edək ki, “Trendyol”a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir. Belə ki, edilən təklifdə “Trendyol” sifarişlərini artıq Azərbaycan ünvanında təhvil ala bilərsiniz” seçimi yer alıb.

Yeniliklə vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi “Trendyol” saytından izləyə bilərlər. Eyni zamanda, sifarişçi öz ev ünvanını qeyd edərək, malın evinə təslim edilməsini seçə bilər.

Qeyd edək ki, indiyədək “Trendyol”un Azərbaycana birbaşa çatdırılması yox idi.

Belə ki, indiyədək vətəndaşlar sifariş üçün Azərbaycan karqo şirkətlərinin Türkiyə anbarının ünvanını yazırdılar, mal həmin anbara daxil olduqdan sonra Azərbaycana göndərilirdi.

Bununla belə, vətəndaşlar əvvəlki qaydada sifarişlərini Azərbaycanla yanaşı, digər ölkələrdən də təslim almağa imkan verən bölməni seçə bilərlər.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026