• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Beş universitetin akkreditasiya müddəti uzadıldı

CƏMİYYƏT

09 Iyun 2023 | 14:30 | Müəllif: Qalib İbrahimoğlu

Beş universitetin akkreditasiya müddəti uzadıldı

Azərbaycanda 5 universitetin akkreditasiya şəhadətnaməsinin müddəti uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının yeni tərkibdə keçirilən ilk iclasında qərar qəbul edilib.

Məlumata görə, iclasda bir sıra ali təhsil müəssisələrində həyata keçirilmiş institusional akkreditasiya qiymətləndirməsi əsasında müvafiq komissiyalar tərəfindən hazırlanmış hesabat və təhlillər təqdim edilib.

Müzakirənin yekununda baş tutmuş səsvermənin nəticələrinə uyğun olaraq Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin institusional akkreditasiya nəticələri "əsasən uyğundur" hesab edilərək növbəti 5 il müddətinə, Sumqayıt Dövlət Universitetinin isə institusional akkreditasiya nəticəsinin "qismən uyğundur" hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 il uzadılması və təhsil müəssisəsinin 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərarı alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026