• Bakı 7° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Uşaqlarda qulaq ağrısı nədən yaranır?

CƏMİYYƏT

09 Iyun 2023 | 12:57 | Müəllif: Qalib İbrahimoğlu

Uşaqlarda qulaq ağrısı nədən yaranır?

Son zamanlar uşaqlar arasında qulaq ağrıları artıb. Uşaqlarda qulaq ağrısı adətən soyuq havalarda müşahidə olunsa da, əksər valideyn bu fəsildə də övladlarının qulaq ağrısından əziyyət çəkdiyini deyir.

Pediatr Qoşqar Hüseynov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, son zamanlar uşaqlar arasında yayılan qulaq ağrısının əsas səbəbi anginadır: “Bu, əsasən, bakterial proseslər nəticəsində baş verir. Bu zaman həm qulağa, həm də gözə fəsadlaşma verir”.

Onun sözlərinə görə, uşaqlarda qulaq ağrısı soyuqdəymədən, yaxud çiməndən sonra baş verir. 3-4 yaşlı uşaqlar qulaq infeksiyalarına qarşı meylli olurlar. Əgər uşaqlar qulaq ağrısından şikayət edirsə, mütləq həkimə müraciət etmək lazımdır, ona görə ki, qulaq ağrısı öz-özündən sağalmır, zamanla ötüb keçmir.

Qoşqar İsmayılov, pediatr

Tək, ya da hər iki qulaqda birdən ortaya çıxa bilən qulaq ağrıları yenə səbəbinə görə fərqli xüsusiyyətlərdə ola bilər. Həkim deyir ki, anidən baş verən kəskin, davamlı bir ağrı hiss edə bilmə kimi döyünmə ya da yanma hissi təsvir edilən ağrılar var.

Qulaq ağrısının bir çox fərqli səbəbi ola bilər. Lor həkiminə getmək ağrının qaynağını tapmaq üçün ən doğru həll olacaq. Qulaq ağrısı ciddi nəticələr doğura biləcək ağrılardan biridir: “Bu səbəblə qulaqda diqqətə çarpan bir problemə rast gəlinməməsi bu ağrının yox sayılması mənasını gəlməməlidir. Qulaq tıxanıqlığı və az eşitmə kimi şikayətlər qulaq ağrısına yoldaşlıq etdiyinə görə tez-tez rast gəlinir”.

Müsahibimiz qeyd edib ki, qulaq infeksiyalarının müalicəsi yaşdan, infeksiyanın şiddətindən, təbiətindən (infeksiya ilk dəfə baş verən infeksiya, davam edən infeksiya və ya təkrarlanan infeksiya ola bulər) və mayenin orta qulaqda qalma müddətindən asılıdır.

Pediatrın sözlərinə görə, qulaq ağrısı zamanı yüksək hərarət, hətta eşitmənin müvəqqəti itməsi kimi hallar olur: “Təbii ki, vaxtında həkimə müraciət olunduqda problem olmur, yəni vaxtında qarşısını almaq mümkündür”,

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026