Son günlərin ən aktual mövzusu 1-ci sinifə qəbul olmaq üçün uşaqlardan imtahan götürülməsidir. Belə ki, valideynlər imtahanın çətinliyindən şikayətlənir, 6-7 yaşlı uşaqlardan imtahan götürməyin düzgün olmadığını deyirlər.
Bununla bağlı etirazlar artmaqdadır. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də uşqaların birinci sinfə qəbulu zamanı imtahan vermələrinə qarşıdır.
Hafiz Hacıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanda təhsil sistemi batıb, təhsil yoxdur: “Bu, Azərbaycanın gələcəyini məhv etmək üçün düşünülmüş addımdır. Azərbaycanın ziyalısı olmayandan sonra gələcəyini kimlər idarə edəcək?! Görünür, bu, hansısa güc, beyin mərkəzlərinin ortaya atdığı oyundur. Azərbaycanda savadsızlaşdırma aparırlar”.
MMP sədri bildirib ki, Azərbaycanda güclü, savadlı, gələcəyə güclü baxan siyasi-ictimai gənclərin yetişməsini istəmirlər: “Bu da məktəbdən başlayır. Məktəb də olmayandan sonra nə olacaq ki?!”.
Aytac Aslan
















