• Bakı 21° C

    2.45 m/s

Türk jurnalistlər bu tələbi TBMM-ə təqdim etdi

DÜNYA

30 Avqust 2023 | 15:19 | Müəllif: Subhan Mahmudov

Türk jurnalistlər bu tələbi TBMM-ə təqdim etdi

Türkiyəli jurnalistlər "yaşıl pasport" tələbini Numan Kurtulmuşa təqdim ediblər.

Bakıvaxtı.az-ın məlumatına görə, jurnalistlər xaricdəki proqramlara qatılma zamanı qarşılaşdıqları viza problemini aradan qaldıracaq "yaşıl pasport" tələbini Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa təqdim ediblər.

"Hazırda Türkiyədəki həmkarlarımız çox tez-tez xaricə gedirlər. Bu, bir zərurət halını alıb. "Yaşıl pasport" la bağlı səlahiyyətlilərdən müəyyən meyarlar çərçivəsində dəstək gözləyirik",- deyə jurnalist Mehmet Acet qeyd edib.

İlk imza atan jurnalistlər Mehmet Acet, Oral Çalışlar, Hande Fırat, Sinan Burhan, Zəfər Şahin və Melik Yiğitel mövzu ilə bağlı hazırladıqları sənədi Numan Kurtulmuşa təqdim ediblər.

Qeyd edək ki, "yaşıl pasport" bəzi ölkələrdə vizalarla bağlı yaranan məhdudlaşdırıcı tətbiqlərin qarşısını alacaq bir təklifdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026