• Bakı 21° C

    3.22 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Paşinyanı qızışdırıb ortaya atanlar..." - Gülər

DÜNYA

29 Sentyabr 2023 | 13:30

"Paşinyanı qızışdırıb ortaya atanlar..." - Gülər

“Ermənistanın baş naziri Nikol Paşinyan görməlidir ki, onu qızışdırıb ortaya atanlar indi döyüş meydanlarında tək qoyublar”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

O qeyd edib ki, cəbhədə Azərbaycana qarşı hər məğlubiyyət N.Paşinyanın İrəvandakı mövqeyini sarsıldır: “Paşinyan Zəngəzur dəhlizini böhran səbəbi deyil, fürsətə çevirsə, bundan həm Ermənistan, həm də özü qazanacaq.

Əks halda, hər məğlubiyyətdən sonra İrəvan meydanlarını istefa şüarları ilə dolduran qəzəbli kütlə bir gün Paşinyanı devrə bilər”.

Y.Gülər deyib ki, Azərbaycan Ordusunun Qarabağda keçirdiyi son antiterror tədbirləri bölgədə yeni vəziyyət yaradıb və bu, Bakı və İrəvan arasında qarşıdakı danışıqlara da təsir göstərəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026