• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“İlin ağacı”nı kəsən yeniyetmə həbs edildi- FOTOLAR

DÜNYA

29 Sentyabr 2023 | 14:32

“İlin ağacı”nı kəsən yeniyetmə həbs edildi- FOTOLAR

16 yaşlı yeniyetmə Hollivud filmlərində çəkilmiş ikonik "Sycamore Gap" ağacını kəsdiyinə görə həbs edilib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, hadisə İngiltərədə qeydə alınıb. Belə ki, İngiltərənin şimalındakı Northumberland Milli Parkında yerləşən çinar ağacı Kevin Kostnerin 1991-ci ildə çəkdiyi "Robin Qud: Oğrular Şahzadəsi" filmində çəkilib.

"Sycamore Gap" İngiltərədə ən çox fotoşəkil çəkilən ağaclardan biri hesab olunur və 2016-cı ildə "İlin ağacı" seçilib.

“National Trust heritage” xeyriyyə təşkilatı ağacın kəsildiyini görəndə şoka düşdüklərini və kədərləndiklərini bildiriblər. Ardınca isə mədəniyyət irsinə zərər verib, məhv etdiyi üçün yeniyetmə həbs olunub.

Qeyd edək ki, həmin ağac YUNESKO-nun Dünya İrs siyahısında olan və Roma İmperiyasının şimal-qərb sərhədini qorumaq üçün təxminən 1900 il əvvəl tikilmiş tarixi Hadrian Divarında yerləşirdi.

Xəyalə Rza


“İlin ağacı”nı kəsən yeniyetmə həbs edildi- FOTOLAR“İlin ağacı”nı kəsən yeniyetmə həbs edildi- FOTOLAR“İlin ağacı”nı kəsən yeniyetmə həbs edildi- FOTOLAR“İlin ağacı”nı kəsən yeniyetmə həbs edildi- FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR