• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Avropanın ən qədim ayaqqabısı

DÜNYA

29 Sentyabr 2023 | 12:43

Avropanın ən qədim ayaqqabısı

İspaniyanın cənubundakı bir mağarada tapılan bir ayaqqabı Avropanın ən qəsim ayaqqabısı sayıla bilər.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, otdan hazırlanmış sandalların, təxminən, 6 min il yaşı olduğu müəyyən edilib.

Ayaqqabılar, əslində, 19-cu əsrdə Əndəlus bölgəsindəki Cueva de los Murcielagos mağarasından istifadə edən mədənçilər tərəfindən tapılıb.

Həmin dövrdə tapılan 76 qalıq yeni texnologiyalarla yenidən tədqiq edilib və məlum olub ki, bu əşyalar əvvəlki hesablamalardan, təxminən, 2 min il qədimdir.

Mağarada aşağı rütubət və soyuq küləyin ayaqqabıların xarab olmasına mane olduğu təxmin edilir. Təhlil edilən digər obyektlərə zənbillər və bəzi alətlər daxildir.

Tədqiqat aparan qrup üzvlərindən biri Maria Herrero Otal tapılan obyektlərin indiyə qədər Avropanın cənubunda tapılan heç bir şeyə bənzəmədiyini söyləyib.

Maria Herrero Otal əlavə edib ki, bu obyektlər tarixdən əvvəlki icmaların qabiliyyətlərini göstərir. Tədqiq olunan bəzi obyektlərin 9 min il yaşı olduğu bildirilib.

Tədqiqatçılar, təxminən, 6 min il yaşı olduğu ortaya çıxan sandalların hazırlanmasında müxtəlif növ ot, dəri və əhəngdən istifadə edildiyini bildiriblər.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026