• Bakı 17° C

    2.69 m/s

Türkiyə millisində yeni kapitan

İDMAN

29 Mart 2022 | 00:01 | Müəllif: Subhan Mahmudov

Türkiyə millisində yeni kapitan

Futbol üzrə Türkiyə millisinin yeni kapitanı seçilib.
Bakıvaxtı.az matc.az-a istinadən bildirir ki, Türkiyə millisində yeni kapitan Hakan Çalhanoğlu olub.

"İnter"in 27 yaşlı oyunçusu İtaliya ilə yoxlama oyunu öncəsi keçirilən mətbuat konfransında kapitan seçilməsi ilə bağlı bunları söyləyib:
 
"Kapitan olmağın məsuliyyətini anlayıram və bu adı qürurla daşıyacağam. Hər kəs öz üzərinə məsuliyyəti götürməlidir, ancaq hər kəsdən öncə bunu mən etməliyəm. 2015-ci ildən millinin formasını geyinirəm. Vaxt tez keçir. Emre Belözoğlu və Arda Turanla oynadım. Bu ay da Burak Yılmaz millidən ayrıldı".
 
Millinin sabiq kapitanı Burak Yılmaz DÇ 2022-nin pley-off mərhələsinin yarımfinalında Portuqaliya ilə matçdan (1:3) sonra millidəki karyerasını başa vurduğunu açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026