• Bakı C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Türkiyə XİN-dən Pakistanda törədilən terror aktını ilə bağlı bəyanat

DÜNYA

22 Dekabr 2024 | 17:28

Türkiyə XİN-dən Pakistanda törədilən terror aktını ilə bağlı bəyanat

"Bu mənfur hücumu qınayır, şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Terrorla mübarizədə Pakistanla qətiyyətli həmrəyliyimizi bir daha vurğulayırıq".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin dekabrın 21-də Pakistanda naməlum silahlılar tərəfindən hərbi nəzarət-buraxılış məntəqəsinə edilən hücumla bağlı bəyanatında deyilir.

Bəyanatda bu qanlı hadisə zamanı çox sayda hərbçinin həlak olmasından ölkənin dərin kədər hissi keçirdiyi vurğulanır.

Xatırladaq ki, dekabrın 21-də Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində naməlum silahlıların hərbi nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində çox sayda hərbçi öldürülüb və ya ağır yaralanıb.


SON XƏBƏRLƏR

21 Dekabr 2024