• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyədə 14 nəfərin ölümünə görə inşaat mühəndisi SAXLANILDI

DÜNYA

12 Fevral 2023 | 14:53 | Müəllif: Subhan Mahmudov

Türkiyədə 14 nəfərin ölümünə görə inşaat mühəndisi SAXLANILDI

Türkiyənə Kahramanmaraş şəhərində iki böyük zəlzələdə dağılan və böyük ziyan görən binalarla bağlı başladılan araşdırmada, indiyə qədər 14 nəfərin cəsədinin tapıldığı Pamukoğlu küçəsindəki binaların inşaat mühəndisi Afyonkarahisarda yaxalanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Respublika Prokurorluğu zəlzələlərdə dağılan və zərər görən binalarla bağlı araşdırmalara başlayıb.

İlk müayinələrdə tikilən binalarda betonun keyfiyyətinin çox aşağı olduğu açıqlanıb.

Dəqiq təsbitlərə əsasən, binanın lisenziyasında texniki məsul olduğu bildirilən inşaat mühəndisi A.G. Afyonkarahisar Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (KOM) Şöbə Müdirliyi qrupları tərəfindən yaxalanıb. A.G. qruplar tərəfindən Qaziantepə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026